Həbib Nurməhəmmədovun yaxınları onun Castin Getji ilə döyüşündə iştirak edə bilməyəcəklər
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədovun yaxınları onun amerikalı döyüşçü Castin Getji ilə döyüşündə iştirak edə bilməyəcəklər.

Bu barədə TASS informasiya agentliyinə rusiyalı döyüşçünün məşqçisi Rizvan Maqomedov məlumat verib. O qeyd edib ki, təhlükəsizliklə bağlı döyüşçünün yaxınlarından heç biri turnirin keçirildiyi arenaya buraxılmayacaq.

Döyüş oktyabrın 24-də Əbu-Dabidə baş tutacaq.

H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Toni Ferqyusonu texniki nokautla məğlub edib.

Xəbər 428 dəfə oxundu.