MMA döyüşçümüz “Fight Nights Global 98”də rusiyalı idmançı ilə qarşılaşacaq
Sentyabrın 25-də Moskvada MMA üzrə “Fight Nights Global 98” turniri keçiriləcək.

Axşamın əsas döyüşlərindən birində Azərbaycan idmançısı, 70,3 kiloqram çəkidə kəmər sahibi Nəriman Abbasov növbəti döyüşündə rusiyalı döyüşçü Mixail Qoqitidze ilə qarşılaşacaq.

Bu “Qəbələ” idman klubunun təmsilçisinin 28-ci döyüşü olacaq. Bunadək N.Abbasov keçirdiyi döyüşlərin 24-də qalib gəlib.

Xəbər 520 dəfə oxundu.