Basketbol üzrə İspaniya çempionatı növbəti dəfə Avropanın ən güclüsü olub
“Eurohoops” saytı Avropanın ən güclü basketbol çempionatlarının reytinqini açıqlayıb.

Ötən ilki reytinq ilə müqayisədə ilk onluqda yalnız 1 dəyişiklik olub. Belə ki, İtaliya çempionatı dördüncü pilləyə yüksəlib. Fransa çempionatı isə 1 pillə geriləyib.

Reytinq cədvəlinə İspaniya çempionatı – “ACB Liga Endesa” liderlik edir. İlk üçlüyü Rusiya və Türkiyə çempionatları tamamlayırlar.

Xəbər 479 dəfə oxundu.