Sumqayıt şəhər birinciliyinə yekun vurulub
Sentyabrın 22-də Sumqayıt Bulvarı ərazisində yerləşən “Qarabağ” NN idman bazasında, açıq havada stolüstü tennis üzrə kiçik yaşlı oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib.

Birincilikdə oğlanlar arasında Murad Cəfərov, qızlar arasında isə Mərziyyə Nurmətova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə təltif edilib.

Xəbər 677 dəfə oxundu.