“Sumqayıt”ın üç futbolçusu U-17 millisinə çağırılıb
“Sumqayıt” futbol klubunun üç futbolçusu U-17 millisinə dəvət alıb.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyəti açıqlanıb. Klubun üç futbolçusu – Xəyal Fərzullayev, Rəhman Məmmədov və Əjdər Hacılı təlim-məşq toplanışında iştirak etmək üçün millinin heyətinə çağırılıb. Onlar sentyabrın 24-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Xəbər 420 dəfə oxundu.