Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” klubunda koronavirus aşkarlanıb
Futbol üzrə Azərbaycan yığmasının üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” klubunda koronavirus aşkarlanıb.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Əsas komandanın məşqçilər heyəti, futbolçular və işçilər koronavirus testindən keçib və onlardan birinin nəticəsi müsbət olub.

İnfeksiyaya yoluxan şəxsin adını açıqlanmayıb, lakin onun hazırda evində karantində olduğu və özünü yaxşı hiss etdiyi bildirib.

Xəbər 480 dəfə oxundu.