Stefano Domenikali Formula 1-ə rəhbərlik edə bilər
“Ferrari” komandasının sabiq rəhbəri Stefano Domenikali yenidən Formula 1-ə rəhbərlik etməyə hazır olduğunu bildirib. O, bu vəzifədə Çeyz Kerini əvəz edəcək.

Formula 1 uzun müddətdir dünya çempionatının daxili həyatı ilə yaxından tanış olan güclü liderlər arasından Ç.Kerini əvəz edəcək rəhbər axtarır. Ç.Keri isə Formula 1-də müşahidəçi qismində iştirak edəcək.

Şayiələrə görə, keçən il bu vəzifə “Mercedes”in rəhbəri Toto Volffa təklif edilmişdi, lakin “Ferrari” rəqib komandanın nümayəndəsinin lider mövqeyinə keçidinə mane olub.

S.Domenikali bu vəzifəyə təyin edilsə, keçmiş “Ferrari işçilərinin FIA-nın (Beynəlxalq Avtomobil Federasiyası) rəhbərliyində təmsil olunacağını gözləmək olar. Onu da qeyd edək ki, FIA-nın prezidenti Jan Todt növbəti dövr üçün yenidən seçilməyəcəyini bildirib.

Xəbər 448 dəfə oxundu.