“Sabah” klubu sponsorluq müqaviləsinin müddətini artırıb
Bakının “Sabah” futbol klubu ilə “Maxi.az” mağazalar şəbəkəsi arasında əməkdaşlıq və sponsorluq müqaviləsinin müddəti artırılıb.

Yeni müqavilənin müddəti 2020-2021-ci illər mövsümünün sonuna kimidir.

“Sabah” Futbol Akademiyasını əhatə edəcək əməkdaşlıq çərçivəsində “Maxi.az” ilə klub arasında uşaq futbolunun inkişafı, ölkədə futbolun kütləviləşməsi və bu oyuna marağın yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Sabah” və “Maxi.az” mağazalar şəbəkəsi ötən ilin noyabrından əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində klubun futbol akademiyasını əhatə edən bir çox tədbirlər və layihələr həyata keçirilib.

Xəbər 313 dəfə oxundu.