Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş zalının təmir-bərpa işlərindən sonra açılışı olub
Sentyabrın 23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş zalının təmir-bərpa işlərindən sonra açılışı olub.

Açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev və Akademiyanın rektoru Fuad Hacıyev iştirak ediblər.

Əvvəlcə qonaqlara Akademiyanın fəaliyyəti barədə məlumat verilib.

Sonra qonaqlar və KİV nümayəndələri güləş zalında yaradılan şəraitlə tanış olublar.

Xəbər 1080 dəfə oxundu.