İsveçrə prokurorluğu PSJ-nin prezidenti Nasser al-Helaifi üçün 28 aylıq həbs cəzası tələb edir
İsveçrə prokurorluğu Fransanın “Paris Sen-Jermen” futbol klubunun (PSJ) prezidenti və “beIN Media Group”un rəhbəri Nasser al-Helaifinin 28 aylıq həbs cəzasını tələb edir.

Bu barədə Fransanın “L`Equipe” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, o, korrupsiyada ittiham olunur. Belə ki, Nasser al-Xelaifi dünya çempionatları matçlarının yayım hüquqlarının alınması üçün FIFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verməkdə günahlandırılır.

Qeyd edək ki, “Paris Sen-Jermen”in prezidenti və FIFA-nın sabiq baş katibi dələduzluqda şübhəli bilinirlər.

Xəbər 436 dəfə oxundu.