Xüsusi olimpiyaçılarımız arasında stolüstü tennis yarışı keçirilir
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə stolüstü tennis yarışı keçirilir.

Şağan Olimpiya İdman Kompleksində açıq havada oğlanlar və qızlar arasında təşkil edilən yarışın birinci günündə divizionlara bölünmə ilə əlaqəli test görüşləri keçirilib.

Yetmişdən çox atletin iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 426 dəfə oxundu.