Soçi avtodromunda "Kral yürüşləri" adlı sərgi təşkil olunacaq
Formula 1 Rusiya Qran-Prisi çərçivəsində "Kral yürüşləri" adlı sərgi keçiriləcək.

Soçi avtodromunda təşkil olunacaq sərgidə Formula 1-in 70 illik yubileyinə həsr olunmuş rəsm əsərləri nümayiş olunacaq.

Sərgidə Rusiya, Belarus və Bolqarıstandan olan rəssamların əl işləri təqdim ediləcək.

Qeyd edək ki, Formula 1 Rusiya Qran-Prisi sentyabrın 24-27-də Soçi avtodromunda keçiriləcək.


Xəbər 465 dəfə oxundu.