UEFA Super kubokunun rəsmi topu üzərində uşaqların çəkdiyi rəsmlər yer alıb
UEFA futbol üzrə Super kubokun rəsmi topunu ictimaiyyətə təqdim edib. Super kubok oyununda Almaniyanın “Bavariya” və İspaniyanın "Sevilya" komandaları qarşılaşacaq.

Topun dizaynının hazırlanmasında Avropanın 9 ölkəsi - Çexiya, Almaniya, Macarıstan, Litva, Niderland, Portuqaliya, Sloveniya, İspaniya və İsveçrədən 18 uşaq iştirak edib. Uşaqlara futbolun onlar üçün hansı anlam kəsb etməsi ilə bağlı şəkil çəkmək tapşırılıb. Həmin şəkillər UEFA Super kubokunun rəsmi topunun üzərində həkk olunub.

“Bavariya” – “Sevilya” oyunu sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da təşkil olunacaq. “Bavariya” Çempionlar Liqasının ötən mövsümünün, “Sevilya” isə Avropa Liqasının qalibi olub.

Xəbər 420 dəfə oxundu.