Futbolçumuz Araz Abdullayev Türkiyədə debüt edib
Futbol üzrə Azərbaycan millisinin üzvü Araz Abdullayev Türkiyədə debüt edib.

Bir neçə gün əvvəl “Boluspor” klubu ilə müqavilə imzalayan futbolçu Türkiyə Birinci divizionunda ilk oyununu keçirib. Yarışın ikinci turu çərçivəsində “Adanademirspor”un qonağı olan “Boluspor” görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Futbolçumuz görüşün 70-ci dəqiqəsində meydana daxil olub və yeni komandasında debütünü rəsmiləşdirib.

Qeyd edək ki, “Boluspor” klubu iki turdan sonra 1 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Xəbər 422 dəfə oxundu.