Voleybolçumuzun çıxış etdiyi “Minçanka” klubu pandemiyaya görə Çempionlar Liqasında mübarizəni dayandırıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizovanın çıxış etdiyi Belarusun “Minçanka” klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.

Rusiya Super Liqası çərçivəsində Krasnodarın “Dinamo” klubu ilə oyundan qayıtdıqdan sonra komandanın üzvlərindən COVID-19 testi götürülüb və bir voleybolçuda koronavirus aşkarlanıb. Bu səbəbdən Çempionlar Liqasının birinci turu çərçivəsində sentyabrın 23-də keçirilməsi nəzərdə tutulan Almaniyanın “Ştutqart” komandası ilə görüş ləğv olunub və Belarus təmsilçisinə texniki məğlubiyyət verilib.

“Minçanka” klubu mübarizəni CEV kuboku yarışlarına davam etdirəcək.

Xəbər 585 dəfə oxundu.