Millimizin rəqibi Fransa yığmasına məğlub olub
Futzal üzrə Azərbaycan millisinin “Avro-2022”nin seçmə qrup mərhələsindəki rəqibi Moldova yığması yoldaşlıq oyununda gücünü sınayıb.

Orlean şəhərində Fransa yığması ilə qarşılaşan Moldova millisi birinci görüşdə 1:10, növbəti oyunda isə 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığmamız turnirin seçmə qrup mərhələsində Slovakiya, Moldova və Türkiyə-Yunanıstan cütünün qalibi ilə mübarizə aparacaq. Çempionatın final mərhələsi 2022-ci il yanvarın 9-dan fevralın 6-dək Niderlandda keçiriləcək.

Xəbər 309 dəfə oxundu.