Bakıda U-17 millimizin təlim-məşq toplanışı olacaq
Sentyabrın 24-dən 30-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcəklər.

Toplanışa Sahib Həsənov (“Keşlə”), Xəyal Feyzullayev (“Sumqayıt”), Məmməd Muradov (“Qəbələ”), Vasif Fərəcov (“Qarabağ”), Fariz Xeyrullayev (“Neftçi”), İbrahim Ramazanov (“Qəbələ”), Rüfət Abbasov (“Neftçi”), Namiq Şəmilov (“Qəbələ”), Rəhman Məmmədov (“Sumqayıt”), İxtiyar Məmiyev, Nuğay Rəşidov

(hər ikisi “Qəbələ”), Qurban Səfərov (“Keşlə”), Emil Süleymanov (“Qəbələ”), Elxan Zeynalabdinzadə (“Sabah”), Fərid Kələntərov (“Qəbələ”), Mahmud Ağayev (“Zirə”), Firəddin Abdullayev (“Sabah”), Xəyal Əliyev (“Səbail”), Ağadadaş Salyanski, Elcan Əbilov (hər ikisi “Neftçi”), Nicat Quliyev (“Səbail”), Nəriman Axundzadə (“Qarabağ”), Şahmar Aşurov (“Sabah”), Əjdər Hacılı (“Sumqayıt”), Yelmar Aşurov

(“Sabah”) və Tofiq Bayramov (“Keşlə”) dəvət olunublar.

Xəbər 320 dəfə oxundu.