Rail Məlikov: "Rəqibdən daha yaxşı təsir bağışladıq"
“Dinamo” ilə oyunda rəqibdən daha yaxşı təsir bağışladıq. Topa daha çox biz nəzarət edirdik və hücumlarımız kəsərli alınırdı”. İdman.com.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Rail Məlikov deyib.

O, “Dinamo” ilə yoxlama oyununa münasibət bildirib: “Qələbə hər zaman komandadakı abu-havaya müsbət təsir göstərir. Məqsədimiz odur ki, “Zestafoni” səddini keçib azarkeşlərimizi sevindirək”.

Qeyd edək ki, “Neftçi” dünən Rumıniya “Dinamo”suna 2:0 hesabı ilə qalib gəlib.

Xəbər 1210 dəfə oxundu.