Şərurda AFFA-nın C kateqoriyalı məşqçi kurslarına start verilib
AFFA-nın təşkilatçılığı və Naxçıvan Futbol Federasiyasının dəstəyi ilə Şərurda C kateqoriyalı məşqçi kurslarına start verilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Aslan Kərimov, Osman Rəhimov və İlham Əzizzadənin rəhbərliyi ilə keçirilən birinci mərhələyə sentyabrın 25-də yekun vurulacaq.

Kursun ikinci mərhələsi oktyabrın 5-dən 9-dək, yekun mərhələsi isə oktyabrın 19-dan 23-dək keçiriləcək.

Xəbər 283 dəfə oxundu.