Polşa reytinq xarakterli üç güləş turnirinə ev sahibliyi edəcək
Dünya Güləş Birliyi (UWW) daha üç reytinq turnirinin keçirilməsini təsdiqləyib.

Azərbaycan güləşçilərinin də iştirak edəcəkləri turnirlərdə idmançılar reytinq xalları qazanacaqlar. Bu xallar “Tokio-2020” Yay Olimpiya Oyunlarının püşkatma mərasimində nəzərə alınacaq.

Polşa 2021-ci ilin yayında sərbəst güləş üzrə Vatslav Tsiolkovski memorialına, yunan-Roma güləşi üzrə Vladislav Pıtlyasinskinin xatirəsi turnirinə və qadınlar arasında “Poland Open” yarışına ev sahibliyi edəcək.

Xəbər 447 dəfə oxundu.