III Avropa Oyunlarının ilkin proqramına dəyişiklik edilib
2023-cü ildə Polşada keçiriləcək III Avropa Oyunlarının ilkin proqramına dəyişiklik edilib.

Polşanın Krakov şəhərində keçirilməsi planlaşdırılan yarışın proqramına qılıncoynatma və badminton idman növləri də salınıb.

Qeyd edək ki, Avropa Oyunları birinci dəfə 2015-ci ildə Bakıda keçirilib. Həmin yarışda medalların sayına görə Rusiya birinci, Azərbaycan ikinci, Böyük Britaniya isə üçüncü yerlərdə qərarlaşmışdı.

Xəbər 340 dəfə oxundu.