Millimizin üzvü məğlubiyyətə üzülüb
ABŞ-ın USL çempionatında XIII turun oyunları keçirilib.

Milli komandamızın üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” “San Dieqo Loyal” ilə qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.

Yığmamızın futbolçusu meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, R.Dadaşov 10 qolla çempionatın bombardirləri siyahısında 2-cidir. Onun komandası isə 26 xalla B qrupunun cədvəlinə başçılıq edir.

Xəbər 423 dəfə oxundu.