“Maklaren”in pilotu Lando Norris cari mövsümün birinci hissəsinin yaddaqalan idmançısı seçilib
“Maklaren” komandasının pilotu Lando Norris cari mövsümün birinci hissəsinin yaddaqalan idmançısı seçilib.

Formula 1-in rəsmi saytında keçirilən səsvermədə 87 min insan iştirak edib. L.Norris səslərin 23 faizini toplayıb. İkinci yerdə “Alfa Tauri”nin üzvü Pyer Qasli qərarlaşıb. Ona respondentlərin 18 faizi səs verib. İlk üçlüyü “Mercedes”in pilotu Luis Hamilton 12 faizlik nəticə ilə tamamlayıb.

Qeyd edək ki, səsvermədə 5 pilota - Esteban Okon, Daniil Kvyat, Antonio Covinatsi, Nikolas Latifi və Romen Qrojan 0 faizli sonuncu pillədə qərarlaşıblar.

Xəbər 418 dəfə oxundu.