Novak Cokoviç 36-cı dəfə “Masters” seriyasının qalibi olub
Dünyanın bir nömrəli tennis ustası Novak Cokoviç finalda argentinali Dieqo Şvartsmanı məğlub edərək Peşəkar Tennisçilər Assosiasiyasının (ATR) Romada keçirilən “Masters” seriyasının qalibi olub.

33 yaşlı serbiyalı tennisçi rəqibinə iki setdə qalib gəlib (7:5; 6:3).

Novak Cokoviç hazırda ATR reytinqinin lideridir. Serbiyalı tennisçinin aktivində “Böyük dəbilqə” seriyasında 17 qələbəsi var (bu, tennis tarixində kişilər arasında üçüncü göstəricidir): o, səkkiz dəfə Avstraliya açıq çempionatının, beş dəfə “Wimbledon” turnirinin, üç dəfə ABŞ açıq çempionatının, bir dəfə isə Fransa açıq çempionatının qalibi olub

Cokoviç “Masters” seriyasında qələbə qazandığı turnirlərin sayına (36) görə rekorda imza ataraq bu göstəriciyə görə ispaniyalı Rafael Nadalı qabaqlayıb. Həmçinin o, “Masters” seriyasında finalların sayına (52) görə də İspaniya tennisçisindən öndədir.

Qeyd edək ki, turnirin mükafat fondu 3,85 milyon dollardır.

Xəbər 457 dəfə oxundu.