Urfan Abbasov Azərbaycan çempionatında 200-cü oyununu keçirib
Azərbaycan Premyer Liqasının III turu “Səbail”in futbolçusu Urfan Abbasov üçün əlamətdar olub. Meydana kapitan kimi çıxan müdafiəçi ölkə çempionatında 200-cü matçını keçirib.

Yubiley “Sumqayıt”la səfər görüşünə (1:2) təsadüf edib. Premyer Liqada 2011/2012-ci il mövsümündə debüt edən U.Abbasov indiyədək “Qəbələ” və “Səbail”in heyətində forma geyinib. O, 200 oyunda 3 qol vurub.

Qeyd edək ki, U.Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 132-ci futbolçudur.

Xəbər 322 dəfə oxundu.