“Sabah” klubu heyətini yeni qapıçı ilə gücləndirib
Bakının “Sabah” futbol klubu heyətini yeni qapıçı ilə gücləndirib.

29 yaşlı uruqvaylı qapıçı Alvaro Villete paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Qolkiper Kolumbiyanın “Patriotas” klubundan bir il müddətinə icarəyə götürülüb.

Qeyd edək ki, A.Villete son mövsümdə “Patriotas”ın heyətində 8 oyunda meydana çıxıb.

Xəbər 511 dəfə oxundu.