Aqil Məmmədov “Neftçi”də 50-ci matçını keçirib
Azərbaycan Premyer Liqasının III turu Bakının “Neftçi” futbol klubunun qapıçısı Aqil Məmmədov üçün yubileylə əlamətdar olub.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “Qarabağ”la səfər matçı (1:2) qolkiperin Premyer Liqada “ağ-qaralar”ın heyətində keçirdiyi 50-ci oyun kimi yadda qalıb. O, 2015-2016-ci illərdə də şərəfini qoruduğu paytaxt təmsilçisinə 2019-cu ildə qayıdıb. A.Məmmədov bu müddətdə keçirdiyi 50 görüşdə 57 top buraxıb.

Qeyd edək ki, qapıçı Azərbaycan çempionatlarında “Neftçi”də 50 və daha çox oyun keçirən 7-ci qapıçıdır.

Xəbər 310 dəfə oxundu.