“Keşlə” rekord nəticəyə imza atıb
Bakının “Keşlə” futbol klubu Azərbaycan Premyer Liqasının startında ardıcıl 3-cü quru oyununu keçirib.

“Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra Yunis Hüseynovun komandası “Qarabağ” və “Qəbələ” ilə qolsuz heç-heçə edib.

Mövsümün birinci üç matçında qapısını toxunulmaz saxlamaq “Keşlə” üçün ən yüksək göstəricidir. Paytaxt təmsilçisi indiyədək iki dəfə bu rekord nəticəyə imza atıb. 2006-2007-ci və 2010-2011-ci il mövsümlərində ilk üç matçı quru keçirən “Keşlə” seriyası 4-cü turda qırılıb. Növbəti turda meydanı qol buraxmadan tərk etsə, “Keşlə” mütləq rekorda imza atacaq.

Qeyd edək ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da oynamış “Keşlə” 1999-2000-cu il mövsümündən güclülər dəstəsində mübarizə aparır.

Xəbər 462 dəfə oxundu.