Azərbaycan Avropa Həndbol Federasiyasının konfransında təmsil olunub
Avstriyanın paytaxtı Vyanada Avropa Həndbol Federasiyasının 12-ci konfransı keçirilib.

Konfransın gündəliyində duran əsas məsələlərdən biri həndbol yarışlarının indiki şəraitdə keçirilməsi olub. Bundan başqa beynəlxalq yarışların təqvimi müzakirə edilib, eyni zamanda çimərlik həndbolunun gələcək inkişaf perspektivləri istiqamətində fikir mübadiləsi aparılıb.

Ölkəmizi konfransda AHF-nin vitse prezidenti Orxan Abbasov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi təmsil edəcək.

Xəbər 511 dəfə oxundu.