Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rostov” (Rusiya) – “Makkabi” (Hayfa, İsrail) oyununun hakim-inspektoru olacaq.

Matç sentyabrın 24-də Rostov şəhərində təşkil olunacaq.

Xəbər 325 dəfə oxundu.