Futbol üzrə Azərbaycan I Divizionunda yeni mövsümə oktyabrın 1-də start veriləcək
Futbol üzrə Azərbaycan I Divizionunda 2020-2021-ci il mövsümünün başlanma tarixi müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, yarış oktyabrın 1-də başlayacaq. Üç dövrədə keçiriləcək turnirdə “Turan Tovuz”, “Zaqatala”, “Sabah-2”, “Neftçi-2”, “Kəpəz”, “Keşlə-2”, “Sumqayıt-2”, “Qarabağ-2”, MOİK və “Qaradağ Lökbatan” komandaları iştirak edəcəklər.

Yarışın püşkatma mərasimi sentyabrın 24-də saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının “YouTube”dakı rəsmi kanalı ilə birbaşa yayımlanacaq.

Karantin rejimi ilə əlaqədar klubların və KİV-lərin nümayəndələri püşkatma mərasimində iştirak etməyəcəklər.

Xəbər 319 dəfə oxundu.