Xüsusi olimpiyaçılar arasında badminton yarışları start götürüb
Sentyabrın 21-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton turniri start götürüb.

Şağan Olimpiya İdman Kompleksində açıq havada təşkil edilən yarışda xüsusi, yardımçı məktəb və internatların, eləcə də, autizm təşkilatlarının təmsilçiləri iştirak edirlər. Turnirdə ümumilikdə 80 idmançı mübarizə aparır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 423 dəfə oxundu.