Dünya çempionatı keçirilməsə Azərbaycan güləşçiləri Serbiyada beynəlxalq turnirdə çıxış edəcəklər
Dekabrda Serbiyada keçirilməsi nəzərdə tutulan dünya çempionatı baş tutmasa, həmin vaxt 10 güclü güləş ölkəsinin iştirakı ilə turnir keçiriləcək.

Bu sözləri Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev sentyabrın 21-də təşkil olunan mətbuat konfransında deyib.

N.Əliyev bildirib ki, turnirdə Azərbaycan güləşçilərinin də iştirakı nəzərdə tutulur.

Ölkəmizdə çimərlik güləşinin inkişaf etdirildiyini diqqətə çatdıran Natiq Əliyev bildirib ki, artıq Azərbaycan millisinə baş məşqçi də təyin olunub. Əvvəllər yunan-Roma güləşi ilə məşğul olan Oyan Nəzəriani bundan sonra komandamızı çalışdıracaq. Namiq Abdullayev isə sərbəst güləş üzrə yığmamıza baş məşqçi təyin edilib. Bu təyinatlar ölkəmizdə güləşin inkişafına təkan verəcək.

Xəbər 441 dəfə oxundu.