Kriştiano Ronaldo növbəti rekordunu müəyyənləşdirib
İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo növbəti rekordunu müəyyənləşdirib.

35 yaşlı portuqaliyalı futbolçu buna A Seriyasının birinci turunda “Sampdoriya” ilə matçda (3:0) nail olub. K.Ronaldo qapıya 10 zərbə vurmaqla Avropanın TOP-5 çempionatlarındakı futbolçular arasında bu göstəricidə ən yaxşı nəticəyə imza atıb. Hücumçu həmin görüşdə bir qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Ronaldo ötən mövsümdə Turin klubunun heyətində keçirdiyi 33 matçda 12-si onbir metrlik cərimə zərbəsindən olmaqla 31 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər 427 dəfə oxundu.