Xuan Matanın qolu rekorda səbəb olub
Avropa çempionatının final oyununda Xuan Matanın vurduğu qoldan sonra Twitterdə 15358 tvit yazılıb. İdman.com.az saytının məlumatına görə, bu, idman mövzusu ilə bağlı mütləq rekorddur.

Ümumiyyətlə isə, tam final boyu dünya üzrə 16 milyon 500 min mesaj qeydə alınıb. Onları yazanların sırasında futbol kralı Pelenin özü də olub. Braziliyalı əfsanə ispanları təbrik edərək, onları səbrsizdiklə vətənindəki dünya çempionatında gözlədiyini bildirib.

Məşhur futbolçulardan bu sahədə fəal olan tək Pele deyildi. İspanların oyunundan çempionata yollanmayan Rio Ferdinand heyran qalıb. David Vilya və Karles Puyol hər kəsin ekranlardan gördüyü kimi, birbaşa stadiondan öz mesajlarını göndərirdilər.

Xəbər 1460 dəfə oxundu.