“Styaua”–“Slovan” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
Azərbaycanlı FIFA referisi Əlyar Ağayev yeni mövsüm üçün UEFA-dan ilk təyinatını alıb.

33 yaşlı beynəlxalq dərəcəli hakim Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Styaua” (Rumınya) –“Slovan” matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orxan Məmmədov isə dördüncü hakim qismində kömək edəcəklər.

İsrailli Şmuel Şteyf hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 24-də Rumıniyanın Curcu şəhərindəki Marin Anastasoviçi adına Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Xəbər 424 dəfə oxundu.