Şahmatçılarımız Arkadi Naydiç Almaniya Bundesliqasında qızıl, Şəhriyar Məmmədyarov bürünc medal qazanıblar
COVID-19 pandemiyası səbəbindən yarımçıq dayandırılan şahmat üzrə Almaniya Bundesliqası başa çatıb.

Uzun fasilədən sonra keçirilən Bundesliqanın son dörd turunun oyunları nəticəsində Azərbaycan yığmasının üzvü Arkadi Naydiçin çıxış etdiyi “Baden-Baden” kollektivi turnirin qalibi olub. Çempionatı üçüncü pillədə bitirən “Verinheym” komandasının heyətində çıxış edən Şəhriyar Məmmədyarov isə son dörd turu yüksək səviyyədə keçirməklə bürünc medala sahib olub.

Xəbər 443 dəfə oxundu.