İspaniya La Liqası: “Real Madrid” yeni mövsümə xal itkisi ilə başlayıb
Sentyabrın 20-də futbol üzrə İspaniya La Liqasının ikinci turunun növbəti oyunu keçirilib.

“Real Madrid” klubu "Real Sosyedad"ın qonağı olub. Görüş heç-heçə yekunlaşıb - 0:0.

Bu, "Kral klubu"nun cari çempionatda ilk oyunu olub. Birinci turun "Xetafe" ilə ev oyunu təxirə salınıb.

Turun digər oyunları belə nəticələnib:

"Vilyarreal" - "Eybar" - 2:1;

"Xetafe" - "Osasuna" - 1:0;

"Selta" - "Valensiya" - 2:1;

"Ueska" - "Kadis" - 0:2;

"Qranada" - "Alaves" - 2:1;

"Betis" - "Valyadolid" - 2:0.

Xəbər 422 dəfə oxundu.