Şahmatçılarımız Avropa birinciliyində mübarizəni davam etdirir
Azərbaycan şahmatçılarının da mübarizə apardıqları onlayn Avropa çempionatı davam edir.

6 turdan sonra 18 yaşlı qızlar arasında şahmatçımız Gövhər Beydullayeva 5 xalla 3-cü yerdə qərarlaşıb. On iki yaşlı şahmatçılar arasında isə Cahandar Azadəliyev eyni xalla 3-4-cü yerləri bölüşür.

Qeyd edək ki, qitə birinciliyində 12, 14, 16 və 18 yaşadək şahmatçılar yarışırlar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 431 dəfə oxundu.