"Sumqayıt" "Səbail"ə qalib gələrək turnir cədvəlinin lideri olub
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib. "Kapital Bank Arena"da "Sumqayıt" futbol klubu Səbail"i qəbul edib.

Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 9-cu dəqiqədə "Sumqayıt"ın gənc cinah oyunçusu Süleyman Əhmədov açıb. 21-ci dəqiqədə Rauf Əliyev "Səbail"in bərabərlik qolunu vurub. 32-ci dəqiqədə isə Əli Qurbani oyunda son nöqtəni qoyub.

Bu qələbə sayəsində xalını 6-ya çatdıran "Sumqayıt" liderliyə yüksəlib

Xəbər 432 dəfə oxundu.