Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub
Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Sentyabrın 17-də keçirilmiş koronavirus testləri zamanı 4 baş hakim və 2 yan hakimin nəticəsi müsbət çıxıb.

Onlarda hər hansı bir simptom olmasa da, 14 gün müddətinə karantinə alınıblar.

Xəbər 379 dəfə oxundu.