“Neftçi” klubu 20 yaşlı futbolçu ilə müqavilə bağlayıb
Bakının “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.

Türkiyəli mərkəz müdafiəçisi Mert Çeliklə iki il müddətinə müqavilə bağlanıb.

İyirmi yaşlı futbolçu icarə əsasında “Neftçi”nin heyətində çıxış edəcək. O, 20 nömrəli formanı geyinəcək.

Müqavilə ilə Türkiyənin “İstanbul Başakşəhər” klubuna məxsus olan M.Çelik Azərbaycanın U-21 milli komandasının üzvüdür.

Qeyd edək ki, futbolçu ötən mövsümü “Kırşehirspor”da keçirib. O, 2013-cü ildə “Qalatasaray”ın akademiyasından “Başakşəhər”in aşağı yaş qruplarına qatılıb.

Xəbər 403 dəfə oxundu.