Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Aue” komandası mövsümə qələbə ilə başlayıb
Almaniya İkinci Bundesliqasında 2020/2021-ci il mövsümünə start verilib.

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” ilk oyununu səfərdə keçirib. “Vurzburger”in qonağı olan komanda mövsümə böyükhesablı qələbə ilə başlayıb – 3:0.

Start heyətində meydana çıxan D.Nazarov 75-ci dəqiqədə, komandası 2:0 hesabı ilə öndə olarkən əvəzlənib.

“Aue” yarışın ikinci turu çərçivəsində sentyabrın 25-də “Qreyter Fürt”ü qəbul edəcək.

Xəbər 315 dəfə oxundu.