Xüsusi olimpiyaçılar badminton yarışlarında qüvvələrini sınayacaqlar
Sentyabrın 21-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton turniri keçiriləcək.

Şağan Olimpiya İdman Kompleksində açıq havada təşkil ediləcək yarışda xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət komandalar iştirak edəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 1028 dəfə oxundu.