Region Liqası ilə bağlı onlayn iclaslar keçiriləcək
Oktyabrın 24-də futbol üzrə Region Liqasına start verilməsi nəzərdə tutulub.

Bu məqsədlə sentyabrın 22-də Region Liqasının İşçi Qrupunun üzvləri zonalar üzrə yarışda iştirak etmək istəyən komandaların nümayəndələri ilə “Zoom” platforması üzərindən onlayn iclaslar keçirəcəklər.

İclasda liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunacaq və fikir mübadiləsi aparılacaq.

Xəbər 411 dəfə oxundu.