FİFA futbola sərmayəni 5 dəfə artırıb
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) koronavirus pandemiyasına baxmayaraq bu idman növünün inkişafına investisiya yatırımını beş qat artırıb.

Qurumun prezidenti Gianni İnfantino bunu FIFA İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında deyib. O, bildirib ki, hazırkı çətin dövr bu sahədə çalışanların necə həssas və bir-birinə bağlı olduğunu bir daha göstərib. Vəziyyətin çətinliyinə baxmayaraq 1,5 milyard ABŞ dolları məbləğində yardımı təsdiqlədiklərini bildirən qurumun rəhbəri pandemiya dövründə həmrəylik göstərdiklərinə görə İcraiyyə Komitəsinə təşəkkür edib.

Xəbər 424 dəfə oxundu.