Qonzalo İquainin yeni klubu müəyyənləşib
İtaliyanın "Yuventus" futbol klubundan ayrılan Qonzalo İquainin yeni klubu müəyyənləşib.

32 yaşlı argentinalı hücumçu "İnter Mayami"yə transfer olunub. Bu barədə ABŞ klubunun saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, İquain dünən "Yuventus"la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.

Xəbər 408 dəfə oxundu.