“2020-2021–Yeni çağırışlar, yeni hədəflər, yeni uğurlar” mövzusunda onlayn görüş keçirilib
Sentyabrın 18-də Nərimanov rayonunda “2020-2021–Yeni çağırışlar, yeni hədəflər, yeni uğurlar” mövzusunda gənclərlə onlayn görüş keçirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə-tələbə gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Görüşün təşkilində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə, könüllülük hərəkatının inkişafı və 2020-2021-ci tədris ilində keçiriləcək tədbirlərin, görüləcək işlərin müzakirəsi olub.

Tədbirdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söhbət açılıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və s. məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır.

Görüş iştirakçıları 2020-2021-ci tədris ili üçün müxtəlif təkliflər səsləndiriblər, müzakirələr aparıblar. Çıxışlarda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı aparılan ictimai müzakirələrdə gənclər təşkilatlarının nümayəndələrinin fəal iştirakının önəmi qeyd olunub.

Xəbər 428 dəfə oxundu.