Azərbaycanın və Argentinanın futbol qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Sentyabrın 18-də AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Argentinanın ölkəmizdəki səfiri Sergio Osvaldo Perez Qunella ilə görüşüb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, görüşdə Azərbaycanın və Argentinanın futbol qurumları arasında qarşılıqlı əlaqələr, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfir müzakirələrin 2019-cu ildə keçirilmiş ilk görüşün davamı olaraq qiymətləndirib, Argentina Futbol Assosiasiyası ilə AFFA arasında əməkdaşlıq barədə layihənin təqdimatını edib.

Xəbər 317 dəfə oxundu.