“Keşlə” futbol klubu Cavid İmamverdiyev ilə yollarını ayırıb
Bakının “Keşlə” futbol klubu Cavid İmamverdiyev ilə yollarını ayırıb.

30 yaşlı yarımmüdafiəçi ilə mövsümün əvvəlində bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, sabiq komandası “Sumqayıt”a keçib və klubla 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, C.İmamverdiyev “Keşlə” ilə 1 illik sözləşmə imzalamışdı.

Xəbər 313 dəfə oxundu.